20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Cəbhədəki növbəti təxribatla bağlı bəyanat yayıldı
Tarix: 09-06-2019 23:25 | Bölmə: Gündəm
Cəbhədəki  növbəti təxribatla bağlı bəyanat yayıldı

Azərbaycanın Xarici İşlər Nazirliyi cəbhə xəttində Azərbaycan Ordusunun hərbi qulluqçusunun həlak olması ilə bağlı bəyanat yayıb.

Reyting.az
xəbər verir ki, bəyanatda bu gün Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobudcasına pozaraq törətdiyi növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusunun həlak olmasına münasibət bildirilib:

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə qarşıdan gələn növbəti görüşü ərəfəsində Ermənistanda müharibə tərəfdarları və onların himayədarlarının məqsədyönlü şəkildə törətdiyi növbəti qanlı əməl münaqişənin həlli üzrə aparılan danışıqları məhv etmək və bölgədə gərginliyi artırmağa xidmət edir", - deyə bəyanatda qeyd edilir.

XİN-in bəyanatında bildirilir ki, bu ssenarinin həyata keçirilməsinin tam məsuliyyəti Ermənistan və bu ölkənin rəhbərliyinin üzərindədir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər