20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Bakı şəhər İcra Hakimiyyətinə 40 milyon manat ayrıldı - Sərəncam
Tarix: 10-06-2019 18:40 | Bölmə: Gündəm
Bakı şəhər İcra Hakimiyyətinə 40 milyon manat ayrıldı

Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.

Reyting.az
-ın məlumatına görə, sərəncama əsasən, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.17.1-ci yarımbəndində göstərilmiş 40 milyon manat vəsait Bakı şəhər İcra Hakimiyyətinə ayrılıb.

Sərəncamda qeyd olunub ki, son illərdə təhsil müəssisələrinin inkişafı sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində respublikanın şəhər və rayonlarında təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası üçün mühüm işlər görülüb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər