Prezident İlham Əliyev ATƏT PA-nın rəhbərini qəbul edib
Tarix: 11-06-2019 12:20 | Bölmə: Gündəm
Prezident İlham Əliyev ATƏT PA-nın rəhbərini qəbul edib

Prezident İlham Əliyev bu gün ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tseretelini qəbul edib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycanda iqtisadi inkişafın sabitliyə xidmət etdiyi vurğulanıb, Bakıda mühüm beynəlxalq təbirlərin keçirilməsinin təkcə Azərbaycan üçün deyil, ümumilikdə region üçün önəm daşıdığı bildirilib.

Söhbət zamanı Azərbaycan-ATƏT Parlament Assambleyası əlaqələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}