3 ölkənin müdafiə nazirləri protokol imzaladı - Qəbələdə
Tarix: 12-06-2019 15:30 | Bölmə: Gündəm
3 ölkənin müdafiə nazirləri protokol imzaladı

İyunun 12-də Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli formatda görüş keçirilib.

Müdafiə Nazirliyindən Reyting.az-a verilən məlumata görə, görüşdə müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər.

Tərəflər həmçinin üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər aspektlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Sonda danışıqların yekununa dair protokol imzalanıb və kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}