23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Ramil Usubov kollektivlə vidalaşdı - Ramiz Mehdiyev yeni nazirin təqdimatında iştirak edib
Tarix: 21-06-2019 12:30 | Bölmə: Gündəm
Ramil Usubov kollektivlə vidalaşdı - Ramiz Mehdiyev yeni nazirin təqdimatında iştirak edib

Sabiq Daxili işlər naziri Ramil Usubov Daxili İşlər Nazirliyi (DİN) Kollegiyasının üzvləri və şəxsi heyəti ilə vidalaşıb.

Reyting.az bildirir ki, yeni Daxili işlər naziri Vilayət Eyvazovun Daxili İşlər Nazirliyinin (DİN) kollektivinə təqdim olunması mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov iştirak edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Vilayət Eyvazov Azərbaycan Respublikasının Daxili işlər naziri, Ramil Usubov isə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}