Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimi keçiriləcək
Tarix: 27-08-2019 11:03 | Bölmə: Gündəm
Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimi keçiriləcək

Sentyabrın 2-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi başlayacaq.

Reyting.az
Azərbaycan Müdafiə Nazirliyinə istinadla bildirir ki, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi bölmələri və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.

Təlim sentyabrın 6-dək davam edəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}