07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Mehriban Əliyeva neftçiləri təbrik edib - Müraciət
Tarix: 07-11-2019 09:39 | Bölmə: Gündəm
Mehriban Əliyeva neftçiləri təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: "Bu gün əfsanəvi "Neft Daşları"nın 70 illiyi qeyd olunur. 1949-cu ilin məhz bu günündə neftçilərimiz dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neft hasil edərək, nəinki ölkəmizin, eləcə də bütün dünyanın neft salnaməsinə parlaq səhifələr yazmışlar. Bu əlamətdar hadisənin yubileyi münasibətilə bütün Azərbaycan neftçilərini təbrik edir, hər birinizə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!"

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}