Türkiyə prezidentinin ABŞ-a səfəri başladı - Ərdoğan Trampla nələri müzakirə edəcək?
Tarix: 12-11-2019 12:24 | Bölmə: Gündəm
Türkiyə prezidentinin ABŞ-a səfəri başladı - Ərdoğan Trampla nələri müzakirə edəcək?

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, geniş nümayəndə heyəti ilə səfərə çıxan Ərdoğan ABŞ-da prezident Donald Trampla gündəmdəki məsələləri müzakirə edəcəyini deyib.

Ərdoğan Trampla görüşdə "F-35", "S-400" raketləri ilə bağlı yaranan problemlər, YPG məsələsi, həmçinin Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini qaldıracağını bildirib.

Yeri gəlmişkən, bir neçə gün əvvəl Ağ Ev Türkiyəni "S-400"-lərə görə sanksiya ilə hədələyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}