20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
MSK sədrindən seçki açıqlaması: "Harda pozuntu halı aşkarlanarsa, bizə məlumat verin"
Tarix: 22-12-2019 12:42 | Bölmə: Gündəm
MSK sədrindən seçki açıqlaması: "Harda pozuntu halı aşkarlanarsa, bizə məlumat verin"

“Veb-kameralar məntəqə daxilində səsvermənin bütün gedişatını izləyir. Bu tələb ciddi şəkildə həyata keçirilməlidir. Hardasa bununla bağlı pozuntu halı aşkarlanarsa, bizə məlumat verməyinizi xahiş edirik”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, xatırladıb ki, hazırda 1000 məntəqədə veb-kameralar quraşdırılıb: “Sevindirici hal ondan ibarətdir ki, indiyə qədər veb-kameraların fəaliyyəti ilə bağlı heç bir problem yaranmayıb. Veb-kamera praktikasının müəllifliyi Azərbaycana məxsusdur”.

“Biz maksimum dərəcədə çalışmalıyıq ki, seçkilər zamanı pozuntu hallarına yol verilməsin”, - deyə Mərkəzi Seçki Komissiyasının sədri əlavə edib.

M.Pənahov qeyd edib ki, istənilən qanun pozuntusu ictimaiyyət tərəfindən pis qarşılanır: “Maksimum dərəcədə çalışmalıyıq ki, bu cür hallara yol verilməsin. Bütün seçkilər Seçki Məcəlləsinin tam tələbinə uyğun olmalıdır. Bizim son illərdə seçki prosesinin keçirilməsində maarifləndirmə tədbirlərinin xüsusi rolu var”.

M.Pənahov vurğulayıb ki, seçkilər kütləvi bir prosesdir: “Dünyanın heç bir yerində heç kim seçkilərdə pozuntulardan sığortalanmayıb. Əlbəttə, arzu edərdik ki, pozuntu halları olmasın. Məqsədimiz belə halları minimuma endirməkdir. Bunun üçün daim maarifləndirmə tədbirləri həyata keçirilir”.

Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər