"Azərbaycan ərazisində hər hansı xarici ölkənin hərbi təyinatlı vasitəsi yerləşdirilməyib" - MN bəyanat yaydı
Tarix: 22-12-2019 23:27 | Bölmə: Gündəm
"Azərbaycan ərazisində hər hansı xarici ölkənin hərbi təyinatlı vasitəsi yerləşdirilməyib" - MN bəyanat yaydı

Müdafiə Nazirliyi son günlər bəzi xarici elektron media resurslarında İsrailə məxsus hərbi təyinatlı vasitələrin guya Azərbaycanda yerləşdirilməsi və bu ərazidən İrana qarşı zərbə endirilməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu kimi məlumatlar dezinformasiya və saxta xəbərdən başqa bir şey deyildir.

Müdafiə Nazirliyi bildirir ki, yayılan məsuliyyətsiz, təxribat xarakterli məlumat uğursuz şəkildə qonşularla olan münasibətlərimizə xələl yetirmək məqsədi güdür: “Bir daha bildiririk ki, hər hansı xarici ölkəyə məxsus heç bir hərbi təyinatlı vasitə Azərbaycan ərazisində yerləşdirilməyib, bu barədə yayılan məlumatların heç bir əsası yoxdur və yalandır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}