Bu gün Azərbaycanda bələdiyyə seçkiləridir
Tarix: 23-12-2019 00:31 | Bölmə: Gündəm
Bu gün Azərbaycanda bələdiyyə seçkiləridir

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Reyting.az
xəbər verir ki, səsvermə prosesi saat 08:00-da başlayacaq, 19:00-da başa çatacaq.

Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 156 üzv seçiləcək. Bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edəcək.

Bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, 118 seçki dairəsini əhatə edəcək.

Qeyd edək ki, Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də keçirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}