Bələdiyyə seçkiləri: ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr bəlli oldu
Tarix: 23-12-2019 12:05 | Bölmə: Gündəm
Bələdiyyə seçkiləri: ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr bəlli oldu

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.

Saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 51 saylı Qusar Seçki Dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 13,93 faiz (45 740 seçicidən 6372 nəfər) olub.

Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 4,38% (42 085 seçicidən 1842 nəfər) olub.

Qeyd edək ki, Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 10:00-dək olan seçici fəallığı 8.51 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 423361 nəfərinin səs verib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}