Pakistanla Azərbaycan arasında hərbi əməkdaşlıq: işçi qrupu görüşdü
Tarix: 17-01-2020 11:18 | Bölmə: Gündəm
Pakistanla Azərbaycan arasında hərbi əməkdaşlıq: işçi qrupu görüşdü

Ravalpindi şəhərində şəhərində Azərbaycan Müdafiə Nazirliyi ilə Pakistan Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupu səviyyəsində 9-cu görüş keçirilib.

Müdafiə Nazirliyindən Reyting.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov rəhbərlik edib.

Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regional təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2020-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

Görüşün yekununda protokol imzalanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}