12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ümumxalq səsverməsi başa çatıb
Tarix: 26-09-2016 19:37 | Bölmə: Gündəm


Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) başa çatıb.

Səsvermə prosesini 53 mindən çox yerli müşahidəçi ilə yanaşı, 117 beynəlxalq müşahidəçi izləyib. Həmin şəxslər 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla müxtəlif beynəlxalq təşkilatların nümayəndələri və parlament üzvləridir.

"Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi (Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (ABŞ-ın "AJF&Associates Inc." təşkilatı ilə birgə), "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "Rəy" Monitorinq Mərkəzi "exit-poll" keçirib.

Xatırladaq ki, referendumla əlaqədar "Yeni Azərbaycan", "Vətəndaş Cəmiyyəti" və "Bələdiyyə" təşviqat qrupu Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib.

Reyting.az





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər