20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Parlament seçkilərində 1314 namizəd mübarizə aparır
Tarix: 08-02-2020 07:59 | Bölmə: Gündəm
Parlament seçkilərində 1314 namizəd mübarizə aparır

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində deputatlığa namizədlərin sayı 1314 nəfərdir.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçkilərdə namizəd kimi iştirak etmək üçün 2431 nəfər müraciət etsə də, 1637 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Onlardan 321 nəfəri namizədliyini geri götürüb.

Qeyd edək ki, MSK 2 nəfərin deputatlığa namizədliyini ləğv edib. Fevralın 5-də MSK 46 saylı Şirvan Dairə Seçki Komissiyasının Rəşad Camalovun, fevralın 7-də 86 saylı İsmayıllı Dairə Seçki Komissyasının Məzahir Şahvələdovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərarlarını ləğv edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər