Azərbaycanda növbədənkənar seçkilər başlayıb
Tarix: 09-02-2020 08:54 | Bölmə: Gündəm
Azərbaycanda növbədənkənar seçkilər başlayıb

Bu gün Milli Məclisə növbədənkənar seçkilərdə səsvermə başlayıb.

Saat 08.00-da başlayan səsvermədən əvvəl Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib, seçkiyə hazırlıq prosesi, seçki ilə əlaqədar MSK-nın gördüyü işlər barədə məlumat verib.

MSK sədri parlament seçkilərinin 125 dairəni, ümumilikdə 5573 seçki məntəqəsini əhatə etdiyini, 1000 məntəqədə (ümumi məntəqələrin 18 faizi) veb-kameraların quraşdırıldığını deyib.

M. Pənahov diqqətə çatdırıb ki, 5 329 460 seçici səsvermə hüququndan istifadə edə bilər.

Qeyd edək ki, MSK Katibliyinin “Seçkilər” İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}