Ərdoğan İlham Əliyevə seçki ilə bağlı zəng vurub
Tarix: 10-02-2020 00:13 | Bölmə: Gündəm
Ərdoğan İlham Əliyevə seçki ilə bağlı zəng vurub

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Reyting.az
xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Rəcəb Tayyib Ərdoğan Azərbaycanda keçirilən parlament seçkilərində Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının qələbə qazanması münasibətilə dövlətimizin başçısını təbrik edib, yeni parlamentə fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə edib və yaxın zamanlarda yeni təmasların davam etdirilməsi haqqında qərara gəliblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}