07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Putin İlham Əliyevə seçkidəki qələbə münasibəti ilə təbrik məktubu göndərdi
Tarix: 11-02-2020 17:54 | Bölmə: Gündəm
Putin  İlham Əliyevə seçkidəki qələbə münasibəti ilə  təbrik məktubu göndərdi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik məktubu göndərib. 

Reyting.az
xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli İlham Heydər oğlu.

Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərində qələbə qazanması münasibətilə səmimi təbriklərimi qəbul edin.

Xalq səsverməsinin yekunları Sizin başçılıq etdiyiniz partiyanın Azərbaycan vətəndaşları arasında nüfuzunun yüksək olduğunu əyani təsdiq etdi.

Ümidvaram ki, dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətləri bundan sonra da möhkəmlənəcək.

Sizə və Sizin silahdaşlarınıza yeni-yeni uğurlar, Azərbaycan xalqına isə firavanlıq və rifah arzu edirəm".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}