20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Dövlət Komitəsi ilə Koreya Statistika Komitəsi arasında Anlaşma Memorandumu təsdiqlənib
Tarix: 11-02-2020 18:29 | Bölmə: Gündəm
Dövlət Komitəsi ilə Koreya Statistika Komitəsi arasında Anlaşma Memorandumu təsdiqlənib

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Reyting.az
-ın xəbərinə görə, fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Koreya Respublikası Hökumətinə bildiriş göndərəcək.

Qeyd edək ki, 2019-cu il dekabrın 11-də Bakı şəhərində Azərbaycan Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər