19:14 / 01-07-2025
Zelenski Əliyevə zəng edib
Prezident Kürdəmirdə məktəb tikintisinə 2 milyon manat ayırdı
Tarix: 12-02-2020 17:12 | Bölmə: Gündəm
Prezident Kürdəmirdə məktəb tikintisinə 2 milyon manat ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmir şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncama əsasən, Kürdəmir şəhərində 5 nömrəli şəhər tam orta məktəbi üçün 960 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.




Bölməyə aid digər xəbərlər