Kürdəmir rayon İcra Hakimiyyətinə ümumilikdə 6 milyon manat vəsait ayrıldı
Tarix: 12-02-2020 17:21 | Bölmə: Gündəm
Kürdəmir rayon İcra Hakimiyyətinə ümumilikdə 6 milyon manat vəsait ayrıldı

​​​​​​​Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmir şəhərində 8 nömrəli körpələr evi–uşaq bağçası üçün yeni binanın tikintisi və şəhər infrastrukturunun yeniləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncama əsasən, Kürdəmir şəhərində 8 nömrəli körpələr evi–uşaq bağçasının yeni binasının tikintisi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kürdəmir Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, o cümlədən 8 nömrəli körpələr evi–uşaq bağçasının 100 yerlik yeni binasının tikintisi üçün 1,5 milyon (bir milyon beş yüz min) manat, 8 küçədə əsaslı yenidənqurma işlərinin aparılması üçün 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}