Prezident daha bir "Dövlət Proqramı"nı təsdiqlədi
Tarix: 12-02-2020 18:01 | Bölmə: Gündəm
Prezident daha bir "Dövlət Proqramı"nı təsdiqlədi

Prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib.

Reyting.az məlumatına görə, bununla bağlı verilən sərəncamda arxiv sənədlərinin etibarlı mühafizəsi və geniş istifadəsinin təmin edilməsi, arxiv işi sahəsində normativ hüquqi bazanın və idarəetmənin təkmilləşdirilməsi, arxiv xidməti təşkilatlarının müasir texnoloji tərəqqinin nailiyyətləri tətbiq olunmaqla dövrün tələblərinə uyğun modernləşdirilməsi ilə bağlı müvafiq qurumlara tapşırıqlar verilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}