18:00 / 02-04-2020
Ronaldu Messini qabaqlayıb
Azərbaycan-Gürcüstan sərhədindəki məntəqənin iş müddəti iki saata endirilib
Tarix: 25-03-2020 14:42 | Bölmə: Gündəm
Azərbaycan-Gürcüstan sərhədindəki məntəqənin iş müddəti iki saata endirilib

​​​​​​​Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yeni iş rejiminə keçib.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

Hər iki hökumətin birgə razılığına əsasən, məntəqə saat 10:00-dan 12:00-dək fəaliyyət göstərəcək.

Səfirlikdən qeyd olunub ki, hər iki ölkə vətəndaşlarının vətənə qayıtması üçün xüsusi dəhliz fəaliyyət göstərir.

Qeyd edək ki, hazırda Azərbaycanla Gürcüstan arasında gediş-gəliş yalnız “Qırmızı körpü” sərhəd-keçid məntəqəsilə mümkündür. Son günlər məntəqə saat 10:00-dan 18:00-dək fəaliyyət göstərib.

Ölkələr arasında yük daşımalarına heç bir məhdudiyyət tətbiq olunmur. Azərbaycan-Gürcüstan sərhədi aprelin 20-dək bağlı qalacaq/Report. скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}