Bakı polisindən xəbərdarlıq: "Qaydalara əməl etməyən şəxslər inzibati məsuliyyətə cəlb olunur"
Tarix: 28-03-2020 14:03 | Bölmə: Gündəm
Bakı polisindən xəbərdarlıq: "Qaydalara əməl etməyən şəxslər inzibati məsuliyyətə cəlb olunur"

Polis paytaxtda xüsusi karantin rejim qaydalarının pozulması hallarına qarşı tədbirləri davam etdirir.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 29 mart saat 00:00-dan etibarən əhalinin hərəkəti üzrə bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılır.

"Şəhər sakinlərini xüsusi karantin rejim qaydalarına əməl etməyə çağırırıq. Qaydalara əməl etməyən şəxslər inzibati məsuliyyətə cəlb olunur".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}