16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Qazaxın kəndləri düşmən tərəfindən atəşə tutulub - DSX-dən açıqlama
Tarix: 05-04-2020 11:02 | Bölmə: Gündəm
Qazaxın kəndləri düşmən tərəfindən atəşə tutulub - DSX-dən açıqlama

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən təx­ribatları davam edir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Reyting.az-a verilən məlumata görə, dünən saat 23:05-dək Qazax rayonunun Abbasbəyli kəndi, habelə Fərəhli və Məzəm kəndlərinə gedən magistral yolda hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri Ermənistanın İcevan rayonunun Berkaber kəndi yaxın­lığında yerlə­şən düşmənin bölmələri tərəfin­dən iri çaplı pulemyot­lardan və snayper si­ahlarından intensiv atəşə tutulub:

"Bu səbəbdən həmin magistral yolda hərəkətə məh­dudiyyət tətbiq edilib. Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub, nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}