"17 xəstə süni nəfər aparatına qoşulub" - TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı
Tarix: 18-05-2020 21:41 | Bölmə: Gündəm
"17 xəstə süni nəfər aparatına qoşulub" - TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı
Bu gün Azərbaycanda daha 3833 nəfər COVID-19 testindən keçib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə 235 910 test götürülüb. Reanimasiyada olan xəstə sayı 46, süni tənəffüs cihazında olan xəstə sayı 17-dir.

Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 3387, virusdan ölənlər 40, sağalan xəstə sayı 2055, aktiv xəstələrin sayı isə 1292 nəfərdir.

[b]Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}