Azərbaycan Hökuməti ilə BQXK arasında Sazişin qüvvədəolma müddətinin uzadıllb
Tarix: 12-06-2020 17:04 | Bölmə: Gündəm
Azərbaycan Hökuməti ilə BQXK arasında Sazişin qüvvədəolma müddətinin uzadıllb

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişin qüvvədəolma müddətinin uzadılması haqqında Protokolun təsdiq edilməsi barədə" sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında 2000-ci il 1 iyun tarixli Sazişin qüvvədəolma müddətinin uzadılması haqqında 2020-ci il mayın 7-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilib.

Sərəncamda daha sonra deyilir:

"Bu Sərəncamın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə bildiriş göndərsin".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər