Karantin nəzarətinə götürülmə qaydası dəyişdirildi - Hökumətdən daha bir qərar
Tarix: 12-06-2020 20:56 | Bölmə: Gündəm
Karantin nəzarətinə götürülmə qaydası dəyişdirildi - Hökumətdən daha bir qərar

Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarında dəyişiklik edib.

Reyting.az
xəbər verir ki, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”əna əsasən, sənəd yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə şamil ediləcək.

Sənədə görə, koronavirusa yoluxmuş xəstələrlə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi qaydası da dəyişdirilib. Belə ki, həmin şəxslər mənzili (evi) tərk etməməlidir.

Bundan başqa, aparılmış laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibb müəssisəsinə yerləşdirilirlər. Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq tibbi müşahidə həyata keçirilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər