09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Hande Harmancı sosial şəbəkədə yaydığı foto və videoya görə üzr istədi: "Yanlış zamanda etdiyimi qəbul edirəm"
Tarix: 16-06-2020 10:26 | Bölmə: Gündəm
Hande Harmancı sosial şəbəkədə yaydığı foto və videoya görə üzr istədi: "Yanlış zamanda etdiyimi qəbul edirəm"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı sosial şəbəkədə yayılan şəkilləri ilə bağlı üzr istəyib.

ÜST-ün Bakı nümayəndəliyindən Reyting.az-a daxil olan məlumatda deyilir:

“Əziz dostlar,

Sosial mediada paylaşdığım və mənfi reaksiyaya səbəb olan şəkillərlə bağlı məsələyə aydınlıq gətirmək istəyirəm.

Bildiyiniz kimi, COVID-19 pandemiyası ilə əlaqədar REACT-C19 layihəsini həyata keçiririk. Layihə çərçivəsində Türkiyədə təhsil almış və çalışan 19 azərbaycanlı həkim hazırda ölkənin müxtəlif rayon və şəhərlərinə səfər edərək, yerli həkimlərə kömək edirlər.

İyunun 13-də həmin həkimlərlə birlikdə Quba və Qusar rayonlarına səfər etmişdik. Sosial mediada paylaşdığım şəkillər və video o zaman çəkilib.

Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm”.

Hande Harmancı sosial şəbəkədə yaydığı foto və videoya görə üzr istədi: "Yanlış zamanda etdiyimi qəbul edirəm"




Bölməyə aid digər xəbərlər