18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Bəzi viruslu xəstələr evdə müalicə alacaq - TƏBİB sədri yas yerinə toplaşanlardan şikayətləndi
Tarix: 18-06-2020 19:24 | Bölmə: Gündəm
Bəzi viruslu xəstələr evdə müalicə alacaq - TƏBİB sədri yas yerinə toplaşanlardan şikayətləndi

“Son ayların müşahidələri göstərir ki, virus qanın laxtalanma sisteminə çox ciddi təsir göstərir”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB sədri qeyd edib ki, xəstəxanaların 85% doluluq dövrü yaşadığı müddət də olub.

O bildirib ki, artıq modul tipli xəstəxanalara xəstə yatırılmasına başlanılıb:

“Poliknik müşahidə altında xəstələrin evdə müalicə olunması ilə bağlı hazırlıq işləri yekunlaşır. Bununla bağlı bir sıra ölkələrin təcrübəsindən istifadə ediləcək. E-təbib mobil tətbiqi hazırlanır və bu sistemlə evdə müalicə olunan xəstələri izləmək mümkün olacaq.

Evdə müalicə olunan şəxslər 12 saatdan bir sorğu ediləcək və qərara əsasən müalicələrinin ev və ya xəstəxana şəraitində davam etdirilməsi barədə qərar qəbul ediləcək”/Report.

Ramin Bayramlı deyib ki, hələ də yas yerlərində kütləvi toplaşanlar var.

O bildirib ki, ictimai nəqliyyatda qoruyucu maska taxmayanlar yoluxma sayında artıma səbəb olur: “Bu gün də ölkədə virusla əlaqəli PSR testi neqativ çıxan ağır xəstələr də var. Bu da xəstənin həkimə gec müraciət etməsi ilə bağlıdır”.

R.Bayramlı qeyd edib ki, vəziyyəti kifayət qədər ağır olanlar var və bu, çox təhlükəlidir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər