18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
TƏBİB rəsmisi: "Həftəsonu qadağalarda istədiyimiz nəticəni əldə edə bilmədik"
Tarix: 20-06-2020 12:39 | Bölmə: Gündəm
TƏBİB rəsmisi: "Həftəsonu qadağalarda istədiyimiz nəticəni əldə edə bilmədik"

“Ötən gün yeni yoluxma sayının artdığını gördük. Bununla da aktiv xəstələrin sayında da artım müşahidə olunur. Təəssüf ki, itirdiyimiz xəstələrin sayı da artır”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Bu statistikanın nəticəsi olaraq karantin rejimi avqustun 1-dək uzadıldı və bir neçə şəhər və rayon üzrə sərt karantin rejiminin tətbiqinə qərar verildi. Təəssüflə qeyd etmək istəyirəm ki, tətbiq etdiyimiz qısa qapanma (həftəsonu) günlərində istədiyimiz nəticəni əldə edə bilmədik".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər