18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Prezident yeni qanunu təsdiqlədi - KİV-də dövlət dili normalarının pozulması ilə bağlı
Tarix: 23-06-2020 18:55 | Bölmə: Gündəm
Prezident yeni qanunu təsdiqlədi - KİV-də dövlət dili normalarının pozulması ilə bağlı

Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyənləşib.

Reyting.az
-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiq edilən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər