16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Prezident İlham Əliyev Gəncədə yeni obyektlərin açılışını etdi
Tarix: 24-06-2020 16:15 | Bölmə: Gündəm
Prezident İlham Əliyev Gəncədə yeni obyektlərin açılışını etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə şəhərinə səfərə gəliblər.

Reyting.az
xəbər verir ki, dövlət başçısı və birinci xanım ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncədə “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışında iştirak ediblər.

Reyting.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat verilib.

Prezident İlham Əliyev zavodu işə salıb.

***

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhəri ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olublar.

Dövlət başçısına və birinci xanıma tikinti işlərinin gedişi barədə məlumat verilib.

Prezident İlham Əliyev Gəncədə yeni obyektlərin açılışını etdi
Prezident İlham Əliyev Gəncədə yeni obyektlərin açılışını etdi




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}