17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Prezident İlham Əliyev Monqolustan prezidentinə məktub göndərib
Tarix: 10-07-2020 17:18 | Bölmə: Gündəm
Prezident İlham Əliyev Monqolustan prezidentinə məktub göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqaya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Monqolustanın milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, xoş ənənələrə əsaslanan Azərbaycan-Monqolustan münasibətləri həm ikitərəfli, həm də beynəlxalq müstəvidə bundan sonra da uğurla davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Monqolustan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}