17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Mehriban Əliyeva şəhidlərin valideynlərinə müraciət etdi - Foto
Tarix: 13-07-2020 17:55 | Bölmə: Gündəm
Mehriban Əliyeva şəhidlərin valideynlərinə müraciət etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ötən gün Tovuz rayonu istiqamətində gedən döyüşlərlə bağlı paylaşım edib.

Reyting.az
xəbər verir ki, Mehriban Əliyeva sosial şəbəkə hesabında paylaşdığı fotoya şərh olaraq bu sözləri əlavə edib:

“Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir! Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaqdır! Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik!”

M. Əliyeva müraciətində şəhid analarına və atalarına öz dərin kədərini və hörmətini bildirib: “Bu çətin günlərdə Azərbaycan xalqı sizinlədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycanı və xalqımızı qorusun!”.

Mehriban Əliyeva şəhidlərin valideynlərinə müraciət etdi




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}