Ermənistanın hərbi texnikaları vuruldu, 20-dən çox hərbçisi öldürüldü - Video
Tarix: 14-07-2020 00:50 | Bölmə: Gündəm
Ermənistanın hərbi texnikaları vuruldu, 20-dən çox hərbçisi öldürüldü

Düşmənə qarşı görülən sərt tədbirlər nəticəsində iyulun 13-ü günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qarşı tərəf itkilərini gizlətməklə ictimaiyyətini aldatmağa davam edir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}