18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Minsk Qrupunun geniş formatda iclasının keçirilməsinə ehtiyac var
Tarix: 21-07-2020 12:03 | Bölmə: Gündəm
Minsk Qrupunun geniş formatda iclasının keçirilməsinə ehtiyac var

“Azərbaycan imitasiya xarakterli danışıqlarda iştirak etmək niyyətində deyil”.

Bunu bu gün mətbuat konfransında  Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, Minsk Qrupunun həmsədrlərinin mandatına görə Helsinki Yekun aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsas götürməlidirlər: “Ermənistanın yalanlar və müxtəlif bəhanələr vasitəsi ilə danışıqları pozmaq cəhdlərinə son qoymaq lazımdır. Minsk prosesində 11 dövlət iştirak edir. Minsk Qrupunun geniş formatda iclasının keçirilməsinə ehtiyac var”.

APA




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər