13:55 / 09-09-2025
Bakıda çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir
13:25 / 09-09-2025
Milli Məclisdə xüsusi iclas keçirilib (Yenilənib)
13:15 / 09-09-2025
Sabahın hava proqnozu açqlanıb
13:11 / 09-09-2025
Avropa çempionatı: millimiz bu gün oyuna çıxacaq
13:08 / 09-09-2025
Cəlaloğlu: Azərbaycan və Ermənistan arasında əməkdaşlıq formasına keçid baş verib
13:02 / 09-09-2025
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
12:51 / 09-09-2025
Mərkəzi Bankın sədri: "Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq"
12:45 / 09-09-2025
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
12:31 / 09-09-2025
Nazir: Yaxın gələcəkdə Ukraynada sülh olmayacaq
12:24 / 09-09-2025
Saatlıda qadın tutulub - Narkotiklə
12:15 / 09-09-2025
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb
12:02 / 09-09-2025
Bakıda evdən oğurluq edən qadın saxlanılıb
12:00 / 09-09-2025
Bakı metrosunda üz tanıma ilə ödəniş sisteminin tətbiqinə hazırlıq gedir
11:56 / 09-09-2025
Dünya bazarında qızıl rekord qiymətədir
11:50 / 09-09-2025
Gənc almanlar məcburi hərbi xidmətin əleyhinədir
11:44 / 09-09-2025
"15 sentyabrda dərs olacaq" - Nazirlikdən açıqlama
11:42 / 09-09-2025
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək
11:33 / 09-09-2025
Sualtı silahlanma yarışı sürətlənir
11:23 / 09-09-2025
Kolleclərə qeydiyyat başlayır
11:14 / 09-09-2025
Ukrayna Nazirlər Kabinetini vuran raketdə ABŞ komponenti tapılıb
11:01 / 09-09-2025
Yasda ehsan ləğv edilir? - Açqlama
10:57 / 09-09-2025
Baş nazirin partiyası seçkilərdə qalib gəlib
10:45 / 09-09-2025
Rusiyanın neft nasos stansiyası vurulub
10:40 / 09-09-2025
Çindən Azərbaycana yola düşən qatar Bakıya çatıb
10:22 / 09-09-2025
Gəncə hava limanında qızıl-zinət əşyaları oğurlanıb
09:10 / 09-09-2025
Etibar Məmmədov aktiv siyasətə qayıda bilər
08:26 / 09-09-2025
Ərdoğan: “Polad günbəz” sərhədlərimizi etibarlı şəkildə qoruyacaq
08:20 / 09-09-2025
Netanyahu Qəzza əhalisini bölgəni tərk etməyə çağırır
16:06 / 04-09-2025

18:25 / 06-09-2025

18:12 / 04-09-2025

22:31 / 05-09-2025

18:42 / 05-09-2025

18:05 / 07-09-2025

13:20 / 07-09-2025

22:21 / 05-09-2025

16:22 / 04-09-2025

15:49 / 04-09-2025

23:31 / 08-09-2025

08:57 / 05-09-2025

Prezidentə yazırlar: “Sizin komandanlığınızla torpaqlarımızı mənfur düşməndən azad edəcəyik”
Tarix: 21-07-2020 18:09 | Bölmə: Gündəm

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə vətəndaşlardan məktublar gəlməyə davam edir.
Reyting.az məktublardan bir neçəsini təqdim edir:
***
“Hörmətli cənab Prezident.
Siz zamanın sınağından ləyaqətlə çıxmış bir Lidersiniz. Bu sınaqlarda xalq Sizin arxanızda, Siz onun yanında olmusunuz.
Haqq mübarizəmizdə də qəsbkar, xəyanətkar erməni faşistləri zaman-zaman Sizin rəhbərliyinizlə layiqli cavablarını alıblar.
Biz Sizin komandanlığınız, rəhbərliyinizlə torpaqlarımızı mənfur düşməndən azad edəcək, bu mübarizədə qalib gələcəyik.
Hörmətlə,
Aysel Hüseynova
Azərbaycan Respublikası, Lənkəran şəhəri”.
***
“Hörmətli cənab Prezident.
Yaşanan son hadisələr bir vətəndaş kimi hər birimizi narahat etdi. Amma bütün narahatlıqlara baxmayaraq, qüdrətli ordumuz düşmənə öz layiqli cavabını verdi. Sizin qətiyyətli çıxışlarınız, düşmənə verdiyiniz layiqli cavablar bizdə qürur hissi oyadır. Biz Sizinlə qürur duyuruq. Atdığınız hər bir addımı dəstəkləyirik. İnanırıq ki, bu gün həsrətlə danışdığımız Qarabağımız tezliklə bizim sevinc göz yaşlarımıza şahid olacaq. Tezliklə qələbə müjdəsi eşidəcəyik. Biz Sizə güvənirik. Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
Şahnaz Əliyeva
Azərbaycan Respublikası, Abşeron rayonu”.
***
“Hörmətli cənab Prezident.
Bu gün hər bir Azərbaycan gənci Azərbaycan Ordusu ilə fəxr edə bilər. Bu günlərdə qəhrəman Azərbaycan Ordusu erməni təxribatına layiqli cavab verərək, düşmənə sarsıdıcı zərbələr vurmuşdur. Azərbaycan ordusu Ermənistanın uzun illər öz ordusu haqqında uydurduğu miflərin yalan olduğunu bir daha sübut etdi.
Cənab Ali Baş Komandan, güclü Azərbaycan naminə biz gənclər Sizinləyik, əmrinizi gözləyirik.
Hörmətlə,
Rahim Muradov
Azərbaycan Respublikası, Naftalan şəhəri”.
***
“Hörmətli cənab Prezident.
Məlum olduğu kimi, Azərbaycan xalqı hər zaman erməni təxribatlarının şahidi olmuşdur. Mənfur düşmən bu gün də təxribatlarını davam etdirməkdədir. Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələrinin iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə etməklə atəşkəs rejimini kobud şəkildə pozması açıq-aşkar təxribatdır.
Azərbaycan-Ermənistan sərhədində baş verən təxribatın qarşısı Sizin qətiyyətiniz, ordumuzun əzmi sayəsində həm alındı, həm də düşməni qorxuya saldıq. Vətənimizin mərd oğulları onların öhdəsindən gəlməyi bacardı. Azərbaycan xalqı Sizə inanır. Sizin sayənizdə işğal olunmuş ərazilər qısa zamanda geri alınacaq.
Hörmətlə,
Elgün Kərimov
Azərbaycan Respublikası, Cəlilabad rayonu”.
***
“Hörmətli cənab Prezident.
Son günlər baş verən hadisələrdən sonra Azərbaycan xalqının Sizin yanınızda olduğunun və apardığınız siyasəti dəstəklədiyinin bir daha şahidi oldum. Bilirik ki, ordumuzun inkişafı həmişə Sizin siyasətinizin əsas hissəsini təşkil etmişdir. Vaxtında verdiyiniz tapşırıqlar nəticəsində güclənən ordumuzun düşmənə vurduğu zərbələr bir vətəndaş kimi məni çox qürurlandırdı.
Biz ordumuza güvənərək Füzuli rayonunda ata-baba yurdumuzda rahatlıqla yaşayırıq. Aprel döyüşlərindən sonra işğaldan azad olunan Lələtəpə yüksəkliyində dalğalanan bayrağımız Azərbaycan ordusunun inkişafının düzgün əllərdə olduğunu bir daha göstərdi. Sizin məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə veteran və əlillərinin həyat şəraitinin yaxşılaşdırılması üçün gördüyünüz işlər təqdirəlayiqdir. Müharibədən əziyyət çəkən hər bir vətəndaş Sizin diqqət və qayğınızı hər zaman hiss edir. Mən bir gənc vətəndaş, məcburi köçkün kimi Sizin apardığınız siyasəti həmişə qürurla dəstəkləmişəm. Verəcəyiniz əmrə uyğun olaraq, ehtiyatda olan bir əsgər kimi doğma torpaqlarımızın işğaldan azad olunması üçün ordumuzun sıralarına qoşulmağa və Vətənimin azadlığı naminə canımdan keçməyə hazıram.
Hörmətlə,
Elnur Səfərov
Azərbaycan Respublikası, Füzuli rayonu, Aşağı Yağlıvənd kəndi”.
***
“Hörmətli cənab Prezident.
Ermənistanla sərhədin Tovuz rayonu istiqamətində baş verən hadisələr xalqla Sizin birliyinizi yenidən təsdiq etdi. Məhz Sizin liderliyinizlə Azərbaycan dövlətinin nüfuzu getdikcə artır, beynəlxalq təşəbbüslərimiz dünya miqyasda bəyənilir.
Cənab Prezident, mən internat məktəbinin məzunuyam. “Məzunlar Evi”ndə yaşayıram, dövlətimizin qayğısı ilə əhatə olunmuşam.
Doğma yurduma sevgimi, Sizə sədaqətimi nümayiş etdirmək, Vətənə olan borcumu qaytarmaq üçün hərbi xidmətə getmək, düşmənləri doğma torpaqlardan qovmaq istəyirəm. Buna görə də, Sizin hər bir əmrinizə hazır olduğumu bildirirəm.
Hörmətlə,
Sultanov Elçin Qələmirzə oğlu
Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır kəndi”.
***
“Möhtərəm Prezident, humanist rəhbər, müdrik Ali Baş Komandan.
Azərbaycan dövlətinin və xalqının növbəti dəfə bəxti gətirdi ki, ulu öndər Heydər Əliyevdən sonra bizə uzaqgörən siyasəti, müdrik qərarları, xalqına yaxın olmağı ilə dünya liderlərindən fərqlənən bir Lider rəhbərlik etdi. Hər addımında zəfər duyulan, "Mən hər bir azərbaycanlının Prezidentiyəm" söyləyən rəhbərin xalqını növbəti qələbələrə doğru aparacağına ürəkdən inanırıq və Sizi hər zaman dəstəkləyirik. Azərbaycan heç zaman bu qədər güclü olmamışdır və bu qüdrətli ölkəmizin son illər əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar Sizin adınızla bağlıdır. Bizə məhz Sizin kimi Vətəninə ürəkdən bağlı olan, novator, enerjili, qətiyyətli, müdrik və humanist bir Lider lazımdır. Azərbaycanımızı işıqlı gələcəyə doğru inamla aparın, möhtərəm Prezident, cənab Ali Baş Komandan. Allah bu yolda yardımçınız olsun. Allah xalqımızı, Sizi və ailənizi qorusun.
Dərin hörmət və ehtiramla,
Məhərrəm Abdullayev
Azərbaycan Respublikası, Bakı şəhəri”.
***
“Möhtərəm cənab Prezident.
Son günlərdə baş verən düşmən təxribatı xalqımızı hiddətləndirmiş, düşmənə olan nifrətimizi daha da artırmışdır. İnanırıq ki, Sizin məqsədyönlū siyasətiniz xalqımızı uğura, zəfərə aparacaq. Dövlətimizin yürütdüyü siyasət bir gün bizə o qələbəni, o sevinci yaşadacaq. Bu müqəddəs yolda həmrəyliyimiz, birliyimiz qarşısında düşmən diz çökəcək.
Hörmətlə,
Ağakişi Baloğlanlı

Torpaqlarımızın azadlığı uğrunda döyüşmək bizə şərəfdir. Azərbaycan tarixinin şanlı səhifələri igidlərlə yanaşı, qəhrəman qadınlarımız tərəfindən də yazılır. Bu qəhrəmanlıq salnaməmizə bu gün də yeni-yeni səhifələr əlavə edilir. Erməni qəsbkarları torpaqlarımıza təcavüz etməyə başladıqları andan bu günədək Azərbaycanın qəhrəman qızları igid oğullarımızla çiyin-çiyinə torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparırlar.
Mən də yüz minlərlə Azərbaycan gənci kimi, Vətən uğrunda döyüşə hazıram, səfərbərlik əmrinizi gözləyirəm.
Hamımız inanırıq ki, bu mənfur düşməni mütləq yenəcək, işğal olunmuş torpaqlarımızı azad edəcək və qələbə marşları yazacağıq.
Hörmətlə,
Aydan Cəfərova
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi”.
***
“Hörmətli cənab Prezident.
Sizin uğurlu siyasətinizin bariz nümunəsidir ki, Azərbaycanda sabitlik hökm sürür, yoluxma halları getdikcə azalır. Bu günlərdə Sizin və Mehriban xanımın xalqımıza böyük qayğınızın və dəstəyinizin yenidən şahidi olduq. Allah Sizi qorusun. Ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar arzu edirik.
Hazırda bütün dünya koronavirusla mübarizə aparır. Hətta, ən böyük dövlətlər belə bu pandemiyaya qalib gələ bilmir. İtkilərimizin az olması, xəstəliklə səmərəli mübarizə aparmağımız məni sevindirir. Sizə sonsuz minnətdarlığımı bildirirəm, əziz Prezidentim.
Hörmətlə,
Mehparə Mustafayeva
Azərbaycan Respublikası, Goranboy rayonu”.
***
“Möhtərəm cənab Prezident.
Sizin Ali Baş Komandan kimi fəaliyyətiniz, ordumuzun bugünkü potensial gücü, əsgər və zabitlərimizin döyüş qabiliyyəti və vətənpərvər ruhu, dövlətimizdə xalq-iqtidar birliyi, xüsusən də Sizə inam və sevgi bizi qürurlandırır. Sizin mötəbər beynəlxalq təşkilatlardakı qətiyyətli çıxışlarınız və söz sahibi olmağınız, dünya siyasətçiləri arasındakı xüsusi yeriniz, böyük dövlətlərin başçılarının Sizin şəxsinizə xüsusi hörməti hamımızı sevindirir.
Cənab Prezidentim, bu günlərdə dövlət sərhədimizdə atəşkəsin Ermənistan təxribatçıları tərəfindən pozulması zamanı Sizin ətrafınızda bir yumruq kimi birləşərək təxribatçılara layiqli cavab verdik. Uğurlarımız daimi olsun.
Hörmətlə,
Xəyalə Yusifova
Azərbaycan Respublikası, Qubadlı rayonu”.
***
“Hörmətli cənab Prezident.
Mən iki zabit atasıyam. Yaşım 65 olsa da, ürəyim ön cəbhədə olmaq, düşmənləri yurdumuzdan qovub çıxarmaq, Qələbə bayrağını dalğalandırmaq arzusu ilə döyünür. O gün mütləq gələcək! O zaman bütün şəhidlərimizin, canını Vətən yolunda fəda etmiş qəhrəmanlarımızın ruhları ağ göyərçinə dönüb Vətən göylərində Qələbə nəğməsi oxuyacaq.
Tovuz döyüşləri göstərdi ki, xalqımız Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış münaqişənin həlli, ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni təxribatlarının qarşısının alınması istiqamətində Sizin yürütdüyünüz siyasəti qətiyyətlə dəstəkləyir. Əli silah tutan vətənpərvər insanlar bu gün özünü Vətənin əsgəri hesab edir və düşmənin ölkəmizə uzanan qanlı əllərini kəsib atmağa hazırdır.
Hörmətlə,
Şükürov Ələskər.
Azərbaycan Respublikası, Lənkəran rayonu, Zövlə kəndi”.
***
“Möhtərəm cənab Prezident.
Dünyada yayılmış koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Sizin ölkəmizdə epidemiyanın geniş yayılmasının qarşısının alınması ilə bağlı verdiyiniz tapşırıqlar layiqincə yerinə yetirilir, vətəndaşlara diqqət və qayğı göstərilir. Bir vətəndaş olaraq əminəm ki, Sizin müdrik rəhbərliyinizlə biz tezliklə bu bəladan xilas olacağıq.
İnsanların sağlamlığının qorunması məqsədilə bir çox sahələrdə çalışanlaarın evdən işləmələrinə şərait yaradılıb. Bu təşəbbüs də dövlət tərəfindən irəli sürüldü, hətta işə gəlməyən işçilərin əməkhaqları saxlanıldı. İnanıram ki, Sizin müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə qurtulacağıq.
Sizinlə fəxr edirəm, Sizə dəstəyim misilsizdir. Bu gün dövlətin insanlardan ən böyük tələbi evdə qalmaqdır və yaradılan şəraitdə bu, heç də çətin deyil. Allah Sizi və xalqımızı qorusun. Biz birlikdə güclüyük.
Hörmətlə,
Cəlilova Tahirə Zabit qızı.
Azərbaycan Respublikası, Goranboy rayonu, Qarasüleymanlı kəndi”.
***
“Hörmətli cənab Ali Baş Komandan.
Azərbaycanın Ermənistanla sərhədində təcavüzkar erməni birləşmələri tərəfindən iyulun 12-də törədilən təxribata qəhrəman ordu hissələrimizin layiqli cavab verməsi insanlarımızda böyük ruh yüksəkliyi yaratdı.
Bu günlər Azərbaycan Ordusunun təxribat törədən, dinc sakinləri hədəfə alan azğın düşmən üzərində şanlı qələbəsi kimi tarixə düşdü və xalqımızın heç vaxt erməni işğalı ilə barışmayacağını, ordumuzun isə döyüşə hazır olduğunu göstərdi.
Cənab Prezident, biz gənclər Sizə və şanlı ordumuza güvənirik.
Biz bir yerdə güclüyük. Sizin Vətən uğrunda mübarizəniz müqəddəsdir. Allah Sizə yar olsun.
Hörmətlə,
Gülnar Gülverdiyeva
Azərbaycan Respublikası, Lənkəran rayonu, Separadi kəndi”.
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:25
Milli Məclisdə xüsusi iclas keçirilib (Yenilənib)
Dünən, 14:46
Rezidenturaya qeydiyyat prosesi başlayır
Dünən, 12:08
Azərbaycan prezidenti Qazaxıstana səfər edəcək
5-09-2025, 13:01
Prezident yol tikintisinə 2 milyon manat ayrıb - Sərəncam
5-09-2025, 10:51
Rusiya AZAL-ın vurulan təyyarəsinə görə təzminat ödədiyini deyir
4-09-2025, 16:22
Prezident Bolqarıstandakı səfiri geri çağırıb - Sərəncam
4-09-2025, 15:35
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
4-09-2025, 11:55
Kolleclərə qəbul olanların qeydiyyat tarixi açıqlanıb
4-09-2025, 11:41
Bakıda erməniəsilli şəxslərin məhkəməsi davam edir
4-09-2025, 09:43
İstanbul-Səmərqənd təyyarəsi Bakıya məcburi eniş edib
4-09-2025, 08:16
Ərdoğan: Fələstinə qarşı cinayətlərə göz yummaq olmaz
3-09-2025, 19:50
Prezident İlham Əliyevin Çinə səfəri başa çatıb - Fotolar
3-09-2025, 17:18
Saxta domenlər bloklanıb
3-09-2025, 10:18
İlham Əliyevlə Şavkat Mirziyoyev Pekində görüşüblər - Video
3-09-2025, 10:00
İlham Əliyev Pekində dövlət başçılarının şərəfinə verilən ziyafətdə iştirak edib - Video
3-09-2025, 07:29
Prezident və birinci xanım Qələbə paradını izləyiblər
2-09-2025, 16:28
Avropa İttifaqının yeni səfiri Azərbaycana gəlib - Foto
2-09-2025, 12:02
İlham Əliyev Çin şirkətinin sədri ilə görüşüb - Fotolar
2-09-2025, 11:15
İlham Əliyev Tiencində vitse-prezidentlə görüşüb - Foto
1-09-2025, 17:27
Mehriban Əliyeva birinci xanımlarla gəmi gəzintisində iştirak edib - (Yenilənib) - Fotolar
1-09-2025, 15:59
İlham Əliyev "ŞƏT plyus" formatındakı görüşdə çıxış edib - Yenilənib
1-09-2025, 12:49
İlham Əliyevlə Nikol Paşinyan görüşüb
1-09-2025, 10:52
İlham Əliyev Maldiv prezidenti ilə görüşüb - (Yenilənib) - Foto
1-09-2025, 10:35
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
1-09-2025, 07:57
Türkiyə və Çin liderləri Orta Dəhlizi müzakirə ediblər
31-08-2025, 11:37
İlham Əliyev Sadır Japarova məktub göndərib
31-08-2025, 09:50
Si Cinpin: Azərbaycan-Çin əlaqələri inkişaf edir
30-08-2025, 19:30
Aİ-nin xüsusi nümayəndəsi Naxçıvana gəlib
30-08-2025, 18:08
Prezident İlham Əliyev Çinə səfər edib - Fotolar
30-08-2025, 08:13
Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib
29-08-2025, 18:25
MİQ üzrə müsahibə mərhələsinin nəticələri elan olunub
29-08-2025, 16:13
Prezident icra başçısına şiddətli töhmət verib
29-08-2025, 16:10
"Qarabağ" futbol klubuna 5 milyon manat ayrılıb - Sərəncam
29-08-2025, 12:32
Ali Məhkəmə daha bir iş üzrə vahid qərar qəbul edib
29-08-2025, 10:03
Kolleclərin boş qalan plan yerləri üzrə ixtisas seçimi başlayıb
27-08-2025, 13:54
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)