18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Prezident Dövlət Agentliyinə 13,1 milyon manat vəsait ayırıb
Tarix: 22-07-2020 13:50 | Bölmə: Gündəm
Prezident Dövlət Agentliyinə 13,1 milyon manat vəsait ayırıb

Prezident İlham Əliyev Qəbələ rayonunun Əmirvan–Vəndam avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. 

Reyting.az
xəbər verir ki, sərəncama əsasən, on dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Əmirvan–Vəndam avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 13,1 milyon (on üç milyon bir yüz min) manat vəsait ayrılıb.

Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək tapşırılıb. Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər