Prezident İlham Əliyev Şəkidə Heydər Əliyevin abidəsini ziyarət edib, yeni yolun açılışı oldu
Tarix: 30-07-2020 12:49 | Bölmə: Gündəm
Prezident İlham Əliyev Şəkidə Heydər Əliyevin abidəsini ziyarət edib, yeni yolun açılışı oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Şəkidə səfərdə olub.

Reyting.az
xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.

Daha sonra Şəki rayonunun Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub.

Dövlət başçısına məlumat verilib ki, uzunluğu 33 kilometr olan bu yol 2 hərəkət zolaqlıdır və 11 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir.

Bundan əlavə, Prezident İlham Əliyevə 11 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun tikintisi barədə də məlumat verilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}