18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Kanadada ermənilərin azərbaycanlılara hücumu ilə bağlı məlumat yayılıb
Tarix: 03-08-2020 00:15 | Bölmə: Gündəm
 Kanadada ermənilərin azərbaycanlılara hücumu ilə bağlı məlumat yayılıb

Avqustun ikisinə keçən gecə Kanadanın azərbaycanlı icmasının iki nümayəndəsi Toronto şəhərində erməni icmasının üzvləri tərəfindən hücuma məruz qalıblar.

Bu barədə Azərbaycanlı Kanadalılar Şəbəkəsinin məlumat yayıb.

Qeyd olunub ki, ermənilər iki azərbaycanlıya hücum edib və öz avtomobilləri ilə azərbaycanlıların avtomobillərini əziblər.

“Hadisə nəticəsində bir soydaşımız ayağından yaralanıb və ona təcili tibbi yardım göstərilib. Hücum edənlər soyuq silah, pnevmatik tapança və beysbol taxtaları ilə silahlı olublar. Hücuma məruz qalanların avtomobilinə böyük ziyan vurulub. Toronto şəhər polisi cinayət baş verən əraziyə çağırılıb və hal-hazırda hadisəni araşdırır. Azərbaycanlı Kanadalılar Şəbəkəsi bu hadisəni kəskin şəkildə pisləyir və bu hadisəni nifrət zəminində törədilmiş cinayət kimi qiymətləndirir, eyni zamanda icma üzvlərini sakitliyə və təxribatlara uymamağa dəvət edir. Gələcəkdə bu cür hadisələr baş verərsə mütləq hüquq-mühafizə orqanlarına müraciət etmək tövsiyə olunur.

Azərbaycanlı icma üzvlərinə qarşı bu təxribat iyul ayının 12-14-də Ermənistan tərəfindən Azərbaycana qarşı edilən hərbi hücumdan sonra baş verməsi xüsusi narahatlıq yaradır. Dövlətlər arasında yaşanan gərginliklərin xaricdə yaşayan diaspor üzvlərinə qarşı bu cür hərəkətlər vasitəsilə daha da alovlandırılması qəbuledilməzdir və birmənalı şəkildə qınanmalıdır”-deyə, məlumatda qeyd olunub/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər