Qənimət Zahidov Baş Prokurorluğa çağırılıb
Tarix: 17-11-2025 14:25 | Bölmə: Xəbərlər
Qənimət Zahidov Baş Prokurorluğa çağırılıb

Jurnalist Zahidov Qənimət Səlim oğlu Baş Prokurorluğa çağırılıb.

Reyting.az
xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb.

Bildirilib ki, Q.Zahidov 2025-ci il oktyabrın 20-də istintaqa dəvət edilib, lakin gəlməyib.

O, noyabrın 24-də Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.




Bölməyə aid digər xəbərlər