Yaponiya ilə Cənubi Koreya arasında yenidən gərginlik yaranıb
Tarix: 17-11-2025 12:31 | Bölmə: Dünya
Yaponiya ilə Cənubi Koreya arasında yenidən gərginlik yaranıb

Cənubi Koreya hərbi təyyarələri suverenlik mübahisələrinə məruz qalan adaların yaxınlığından uçduqları üçün Yaponiya onlara yanacaq doldurmaqdan imtina edib.

Reyting.az
xəbər verir ki, Yaponiyanın qərarına cavab olaraq Cənubi Koreya bu ay üçün planlaşdırılan birgə dəniz təlimini təxirə salıb.

Tokioda nəşr edilən “Yomiuri” qəzeti yazır ki, Cənubi Koreya və Yaponiyanın 1999-2017-ci illər arasında 10 dəfə keçirdiyi, lakin 2018-ci ildə dayandırdığı birgə dəniz təlimini bu ay bərpa etmək planları ləğv edilib.

Hökumət rəsmiləri bildiriblər ki, Cənubi Koreya Hərbi Dəniz Qüvvələri Yaponiyaya birgə dəniz təliminin bu ay keçirilməyəcəyi barədə məlumat verib.

Birgə təlimin təxirə salınmasına səbəb kimi bu ayın əvvəlində Yaponiya Özünümüdafiə Qüvvələrinin bazasında Cənubi Koreya hərbi təyyarələrinə yanacaq doldurmaqdan imtina edilməsi göstərilir.

Yaponiya bu təyyarələrin iki ölkə arasında suverenlik mübahisələrinin mövzusu olan Dokdo və Takeşima adaları yaxınlığında uçduğu üçün yanacaq doldurmaqdan imtina edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər