Ukraynanın 5 bölgəsində enerji infrastrukturuna hücum olub
Tarix: 17-11-2025 14:57 | Bölmə: Dünya
Ukraynanın 5 bölgəsində enerji infrastrukturuna hücum olub

Rusiya Ukraynanın beş bölgəsində enerji obyektlərinə hücum edib. Hücum nəticəsində istehlakçılar elektriksiz qalıb.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.

Energetika Nazirliyi rus ordusunun Xarkov, Sumı, Çerniqov, Odessa və Donetsk vilayətlərində enerji infrastrukturuna hücum etdiyini açıqlayıb.

Qeyd olunur ki, zədələnən enerji infrastruktur obyektlərində təmir və bərpa işlərinə başlanılıb.

Energetika Nazirliyi xatırladıb ki, 17 noyabrda Ukraynanın əksər bölgələrində günün sonuna qədər alternativ elektrik kəsintiləri olacaq. Bu müddət ərzində sənaye elektrik enerjisi istehlakını müəyyən bir həddə qədər azaltmalıdır, çünki enerji məhdudiyyəti cədvəlləri qüvvədə qalacaq.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər