Ukraynanın daha iki şəhəri mühasirəyə alına bilər
Tarix: 17-11-2025 11:33 | Bölmə: Slayd
Ukraynanın daha iki şəhəri mühasirəyə alına bilər

Ukrayna müdafiə qüvvələrinin Pokrovsk istiqamətində cəmləşməsi Rusiya ordusunun digər sahələrdə irəliləməsini asanlaşdırıb. Bundan istifadə edən Rusiya qüvvələri Ukraynanın cənub-şərqində yeni əraziləri ələ keçirir. Məlumata görə, strateji əhəmiyyətə malik Orexov və Hulyaipole şəhərləri rus ordusu tərəfindən mühasirəyə alınma riski ilə üzləşir.

Reyting.az
“The Telegraph” nəşrinə istinadla xəbər verir ki, cəbhənin Orexov-Hulyaipole istiqamətində Rusiya hücumunun qarşısını almaq Zaporojyenin müdafiəsi üçün də mühüm əhəmiyyət daşıyır.

Bildirilib ki, Ukrayna qoşunları Pokrovsk şəhərini möhkəmləndirmək üçün getdikcə daha çox şimal istiqamətinə köçürülür və bu, cənub-şərq cəbhəsində müdafiəni Rusiyanın hücumlarına qarşı daha həssas vəziyyətə salır.

Qeyd olunur ki, Rusiya qüvvələri son altı həftə ərzində bu bölgədə təxminən 19 mil (30 km) irəliləyib.

Nəşrin məlumatına görə, müdafiənin nisbətən aşağı prioritet olduğu Donetsk, Zaporojye və Dnepropetrovsk bölgələrinin qovşağında Rusiya daha sakit şəkildə ərazi qazanır.

ABŞ-da yerləşən Müharibə Tədqiqatları İnstitutunun məlumatına əsasən, Rusiya qüvvələri infiltrasiya taktikalarından istifadə edərək Ukraynanın müdafiəsini zəiflətməyə və şimal-şərqdən Hulyaipoleni mühasirəyə almağa cəhd edə bilər.

Məlumata görə, Rusiya ordusu yerli təchizat xətlərini və Ukrayna dron operatorlarını hədəfə alır, zəifləmiş istehkamlar boyunca kiçik qrupların kütləvi hücumlarından yararlanmağa çalışır.

Bu arada, bəzi analitiklər Rusiyanın Ukraynanı resursları Zaporojye bölgəsinə yönləndirməyə vadar etmək və diqqəti Pokrovskdan yayındırmaq məqsədilə irəlilədiyini bildirirlər. Onların fikrincə, Rusiya hazırda Hulyaipole istiqamətində hücum üçün qüvvə toplayır. Lakin ekspertlər qeyd edirlər ki, Rusiya hələlik bu yaşayış məntəqələrini tam ələ keçirmək üçün kifayət qədər resursa malik deyil.

E. KAMAL




Bölməyə aid digər xəbərlər