Emin Əmrullayev: "Bu, 2027-ci ilin sentyabrından tez müddətdə həyata keçirilməyəcək"
Tarix: 17-11-2025 14:16 | Bölmə: Cəmiyyət
Emin Əmrullayev: "Bu, 2027-ci ilin sentyabrından tez müddətdə həyata keçirilməyəcək"

Tamştatlı müəllim konsepti 2027-ci ilin sentyabrından tez müddətdə həyata keçirilməyəcək.

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əsas diqqət verilməli məsələ işin mahiyyətidir:

"Biz hazırda konseptual mərhələdəyik. Yəni mövcud saat hesabı əməyin ödənilməsi sistemi saxlanılsa da, alternativ olaraq tamştatlı müəllim konseptini Azərbaycan məktəblərinə gətirmək üzərində işləyirik. Məqsədimiz müəllimə məktəbin tamhüquqlu bir hissəsi olduğunu hiss etdirməkdir. Yeni hesablanma mexanizmini niyə tətbiq edirik və bununla hansı problemi həll etməyə çalışırıq".




Bölməyə aid digər xəbərlər