Ümrə yolunda qəza: Səudiyyə Ərəbistanında 45 nəfər ölüb
Tarix: 17-11-2025 14:50 | Bölmə: Cəmiyyət
Ümrə yolunda qəza: Səudiyyə Ərəbistanında 45 nəfər ölüb

Səudiyyə Ərəbistanında Ümrə ziyarətinə gedən zəvvarları daşıyan avtobus yanacaq tankeri ilə toqquşub.

Reyting.az
xəbər verir ki, Ümrə ziyarətinə gedən zəvvarları daşıyan avtobusun Mədinə yaxınlığında yanacaq tankeri ilə toqquşması nəticəsində 45 nəfər ölüb.

Qurbanların əksəriyyətinin hindli olduğu bildirilir. Məlumatı Hindistan hökuməti açıqlayıb.

Bəyanatda ölənlərin əksəriyyətinin Hindistan vətəndaşı olduğu, ölüm və ya yaralanmalarla bağlı məlumat almaq üçün Ər-Riyaddakı səfirliklə əlaqə saxlanıldığı qeyd edilib.

Hindistanın baş naziri Narendra Modi sosial mediada yazıb:

“Mədinədə baş verən və Hindistan vətəndaşlarının iştirak etdiyi qəzadan dərin kədər hissi keçirirəm. Yaxınlarını itirən ailələrin yanındayam. Yaralananların hamısına tezliklə sağalmağı arzulayıram. Ər-Riyaddakı səfirliyimiz və Ciddədəki konsulluğumuz bütün mümkün yardımı göstərir. Rəsmilərimiz də Səudiyyə Ərəbistanı hakimiyyəti ilə sıx əlaqə saxlayır”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər