16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi bəlli olub
Tarix: 16-10-2020 16:57 | Bölmə: Gündəm
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi bəlli olub

Milli Məclisin payız sessiyasının növbəti iclası oktyabr ayının 20-də keçiriləcək.

Reyting.az
Milli Məclisə istinadla xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Türkiyə Böyük Millət Məclisinin sədri cənab Mustafa Şentopun çıxışı.

2. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

5. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}