17:20 / 10-09-2025
Abbas Abbasov Rusiyadakı biznesini satıb
17:16 / 10-09-2025
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
17:04 / 10-09-2025
"Azəriqaz"ın Baş direktoru xəstəxanaya yerləşdirilib
16:52 / 10-09-2025
Şuşakəndə, Sosa və Qırmızı Bazara ilk köç karvanı gedir
16:51 / 10-09-2025
Fransada yüzlərlə insan vağzal binasına hücum edib
16:38 / 10-09-2025
Heydər Əliyev Fondu ilə Vatikan arasında memorandum imzalanıb
16:30 / 10-09-2025
Milli Məclisin komitələri haqqında qanun dəyişir
16:22 / 10-09-2025
Belqoroda yenidən hücum başlayıb
16:21 / 10-09-2025
Vüqar Bayramov: "Onların işdən çıxarılması qadağan olunmalıdır"
16:06 / 10-09-2025
Deputat: "Bəzən vəfat edən şəxsin həyat yoldaşı ərinin pensiyasını almaq üçün 10 il gözləyir"
15:53 / 10-09-2025
Süni intellektin filmi Kann festivalında nümayiş olunacaq
15:44 / 10-09-2025
Ali Məhkəmə dələduzluq halı ilə bağlı vahid qərar qəbul edib
15:27 / 10-09-2025
Avropa Ukraynaya yeni yardım verib
15:11 / 10-09-2025
Əli Əsədov yeni qərar imzalayıb
14:52 / 10-09-2025
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
14:49 / 10-09-2025
ADSEA-nın səlahiyyətləri artırılıb
14:35 / 10-09-2025
Qubadlı şəhərinin Baş planı təsdiqlənib
14:28 / 10-09-2025
Zülfüqarov: Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq
14:05 / 10-09-2025
İlham Əliyev Yaradıcılıq Evinin açılışında iştirak edib - Fotolar
13:58 / 10-09-2025
Əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub
13:19 / 10-09-2025
"Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" yeni qanun müzakirəyə çıxarılır
13:18 / 10-09-2025
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
12:59 / 10-09-2025
Azərbaycanda havadan su əldə ediləcək
12:48 / 10-09-2025
Zənginlərin ümumi sərvəti 6,6 trilyon dolları keçir - Siyahı
12:42 / 10-09-2025
Klub İlqar Nadiri ilə yollarını ayırıb
12:14 / 10-09-2025
Sabah hava yağışlı olacaq - Proqnoz
12:11 / 10-09-2025
Polşanın baş naziri: Müxtəlif ssenarilərə hazırlaşmalıyıq
12:04 / 10-09-2025
Almaniya yeni raket istehsalına hazırlaşır
12:03 / 10-09-2025
Güləş Federasiyasında yeni təyinat olub
11:48 / 10-09-2025
Tramp Rusiyanın Polşaya hücumu ilə bağlı suala cavab verməyib
09:10 / 09-09-2025

18:25 / 06-09-2025

18:42 / 05-09-2025

22:31 / 05-09-2025

18:05 / 07-09-2025

13:20 / 07-09-2025

22:21 / 05-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

00:57 / 08-09-2025

11:56 / 08-09-2025

16:29 / 08-09-2025

İlham Əliyev Mustafa Şentopu qəbul edib: "Ağır günlərdə bir-birimizin yanındayıq" - Fotolar
Tarix: 19-10-2020 14:13 | Bölmə: Gündəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Reyting.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Qonaqları salamlayan Prezident İlham Əliyev deyib:
- Xoş gəlmisiniz. Sizi səmimiyyətlə salamlayıram.
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop:
- Xoş gördük.
Prezident İlham Əliyev:
- Çox şadam ki, Siz gəlmisiniz. Ölkəmiz üçün bu çətin bir dövrdə Sizin gəlişiniz xüsusi məna daşıyır. Bu, bir daha Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq münasibətinin təzahürüdür, həmrəyliyin təzahürüdür. Biz bu hadisələr baş verəndən dərhal sonra Türkiyənin dəstəyini hiss etdik, bu gün də hiss edirik. Əziz qardaşım, hörmətli Prezident çox müsbət və çox dəqiq açıqlamalar vermişdir. Bu açıqlamalar Azərbaycan xalqını çox məmnun etdi, bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər bu açıq mövqe göstərilməsəydi, bu gün başqa qüvvələr bu işlərə qarışa bilərdi. Onsuz da Ermənistanın məqsədi bundan ibarətdir, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək istəyirlər və çox yanlış yoldadırlar. Çünki görürlər ki, bizim qarşımızda təkbaşına duruş gətirə bilmirlər. Döyüş meydanında biz onları məğlub edirik. Hər gün cəbhədən çox gözəl xəbərlər gəlir. Bu gün səhər mən yeni kəndlərin azad edilməsi haqqında məlumat vermişəm. Azərbaycan Ordusu zəfər marşındadır və qarşımızda duran bütün vəzifələr yerinə yetirilir.
Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır. Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil. Hər zaman bir-birimizin yanındayıq. Bundan sonra da belə olacaq. Həm Türkiyə Böyük Millət Məclisinin açıqlamaları, Sizin, hörmətli cənab Sədr, açıqlamalarınız, nazirlərin açıqlamaları, Türkiyədən adi vətəndaşlardan mənə gələn məktublar böyük həmrəyliyin təzahürüdür.
Bu mövqeyə, qardaşlıq mövqeyinə görə və gəldiyiniz üçün bir daha Sizə təşəkkürümü bildirirəm. Əminəm ki, səfəriniz bizim qardaşlıq əlaqələrimizin tarixində yeni gözəl səhifə olacaqdır. Xoş gəlmisiniz.

- İnşallah. Xoş gördük, cənab Prezidentim. Əvvəla, Türkiyədən hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırmaq istəyirəm. Türkiyə Böyük Millət Məclisindən deputatlarımızın hamısının Sizə salamları var, parlamentimizin duaları sizinlədir.
Burada fərqli partiyalardan dostlarımız var. Biz təmsilçilik qabiliyyəti yüksək olan bir heyətlə gəldik, dəstəyimizi ifadə etmək istədik.
Bunu Türkiyədə hər zaman deyirik, Tovuz hücumlarında da Məclisimizdə dörd siyasi partiya bir açıqlama vermişdi, 27 sentyabrdan sonra da bir daha açıqlama verdi. Amma bütün bunları bir də Bakıda təkrarlamaq, söyləmək istədik. Millətimizin də dəstək və duaları daim Azərbaycanladır, Sizinlədir. Azərbaycanın uğuru, müvəffəqiyyəti üçün dua edirik, o sevindirici xəbərləri aldıqca da bütün millət olaraq sevinirik. Allah müvəffəq etsin, zəfər nəsib etsin.
Təbii ki, Türkiyənin Azərbaycana dəstəyinin təməli dostluq və qardaşlıqdır. Zati-aliləri, Sizin də dediyiniz kimi, dünyada Azərbaycan-Türkiyə dostluğuna, qardaşlığına bənzər ikinci ölkə yoxdur. “Bir millət, iki dövlət” deyirik. Bunun tarixi əsasları var. Axşam Şəhidlər xiyabanında idik, orada Türkiyədəki 34 vilayətimizdən şəhidlər var, onlar burada uyuyurlar, adları məzar daşlarında var. Biz Türkiyə olaraq Azərbaycanın çətin günündə burada - Azərbaycanın yanında olmuşuq, onun kədəri bizim kədərimiz, sevinci isə bizim sevincimizdir. Bu, həm də sizin üçün də eynidir. Siz Yunanıstan səfirini qəbul edərkən verdiyiniz açıqlama Türkiyədə çox böyük diqqətlə, sevinclə izlənildi və çox yüksək dəyərləndirildi.
Bizim Azərbaycana dəstəyimiz təkcə dostluqla bağlı deyil, bu mübarizə Azərbaycanın haqlı mübarizəsidir. Həm tarixən haqlıdır, çünki Dağlıq Qarabağ tarix boyunca, yüz illərlə həmişə Azərbaycan torpağı, Azərbaycan Vətəninin bir hissəsi olub. Sovet dövründə də, Çar Rusiyası dövründə də belə olub. Azərbaycan beynəlxalq hüquq baxımından da haqlıdır.
Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.
Sonda xatirə şəkli çəkdirilib.

Bölməyə aid digər xəbərlər

Bu gün, 15:11
Əli Əsədov yeni qərar imzalayıb
Bu gün, 13:58
Əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Dünən, 17:01
Əli Əsədov Liman şəhərinin Baş planını təsdiqləyib
Dünən, 13:25
Milli Məclisdə xüsusi iclas keçirilib - (Yenilənib)
8-09-2025, 16:02
Prezident Döyüş Bayrağı haqqında Əsasnamə təsdiqləyib - Fotolar
8-09-2025, 15:55
Prezident Sumqayıt Sənaye Parkı ilə bağlı fərman imzalayıb
8-09-2025, 15:43
Prezident Təşkilat Komitəsi yaradıb - Sərəncam
8-09-2025, 15:20
Xocalı və Ağdərəyə növbəti köç olub - (Yenilənib) - Fotolar
8-09-2025, 14:46
Rezidenturaya qeydiyyat prosesi başlayır
8-09-2025, 12:22
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv olunacaq
8-09-2025, 12:08
Azərbaycan prezidenti Qazaxıstana səfər edəcək
8-09-2025, 11:28
Prezident Qordana Silyanovska-Davkovaya məktub göndərib
5-09-2025, 13:01
Prezident yol tikintisinə 2 milyon manat ayrıb - Sərəncam
5-09-2025, 10:51
Rusiya AZAL-ın vurulan təyyarəsinə görə təzminat ödədiyini deyir
4-09-2025, 16:22
Prezident Bolqarıstandakı səfiri geri çağırıb - Sərəncam
4-09-2025, 15:35
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
4-09-2025, 11:55
Kolleclərə qəbul olanların qeydiyyat tarixi açıqlanıb
4-09-2025, 11:41
Bakıda erməniəsilli şəxslərin məhkəməsi davam edir
4-09-2025, 09:43
İstanbul-Səmərqənd təyyarəsi Bakıya məcburi eniş edib
4-09-2025, 08:16
Ərdoğan: Fələstinə qarşı cinayətlərə göz yummaq olmaz
3-09-2025, 19:50
Prezident İlham Əliyevin Çinə səfəri başa çatıb - Fotolar
3-09-2025, 17:18
Saxta domenlər bloklanıb
3-09-2025, 10:18
İlham Əliyevlə Şavkat Mirziyoyev Pekində görüşüblər - Video
3-09-2025, 10:00
İlham Əliyev Pekində dövlət başçılarının şərəfinə verilən ziyafətdə iştirak edib - Video
3-09-2025, 07:29
Prezident və birinci xanım Qələbə paradını izləyiblər
2-09-2025, 16:28
Avropa İttifaqının yeni səfiri Azərbaycana gəlib - Foto
2-09-2025, 12:02
İlham Əliyev Çin şirkətinin sədri ilə görüşüb - Fotolar
2-09-2025, 11:15
İlham Əliyev Tiencində vitse-prezidentlə görüşüb - Foto
1-09-2025, 17:27
Mehriban Əliyeva birinci xanımlarla gəmi gəzintisində iştirak edib - (Yenilənib) - Fotolar
1-09-2025, 15:59
İlham Əliyev "ŞƏT plyus" formatındakı görüşdə çıxış edib - Yenilənib
1-09-2025, 12:49
İlham Əliyevlə Nikol Paşinyan görüşüb
1-09-2025, 10:52
İlham Əliyev Maldiv prezidenti ilə görüşüb - (Yenilənib) - Foto
1-09-2025, 10:35
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
1-09-2025, 07:57
Türkiyə və Çin liderləri Orta Dəhlizi müzakirə ediblər
31-08-2025, 11:37
İlham Əliyev Sadır Japarova məktub göndərib
31-08-2025, 09:50
Si Cinpin: Azərbaycan-Çin əlaqələri inkişaf edir
30-08-2025, 19:30
Aİ-nin xüsusi nümayəndəsi Naxçıvana gəlib
30-08-2025, 18:08
Prezident İlham Əliyev Çinə səfər edib - Fotolar
30-08-2025, 08:13
Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib
29-08-2025, 18:25
MİQ üzrə müsahibə mərhələsinin nəticələri elan olunub