Hikmət Hacıyev: "Ermənistan silahlı qüvvələri qəsdən Şuşa meşələrində yanğın törədir"
Tarix: 31-10-2020 14:09 | Bölmə: Gündəm
Hikmət Hacıyev: "Ermənistan silahlı qüvvələri qəsdən Şuşa meşələrində yanğın törədir"

"Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən Şuşa meşələrində yanğın törədilir. Ermənistanın məqsədi ekoloji terror vasitəsilə Azərbaycan silahlı qüvvələrinin istifadə etdiyi pilotsuz uçuş vasitələrinin görüntüləri üçün maneələrin yaradılmasıdır".

Reyting.az
xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistanın Şuşa meşələrində yanğının törədilməsi üçün qadağan olunmuş ağ fosfordan istifadə etməsi istisna deyil: "Azərbaycan Respublikası Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən Ermənistanın böyük həcmdə fosfor tərkibli yükü Xocavənd istiqamətinə gətirdiyi barədə məlumat vermişdi".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər